21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tuğrul Erat Almaniyanın II Bundesliqasında çıxış etmək imkanı qazanıb. Fanat.az xəbər verir ki, Düsseldorf "Fortuna"sının Regional Liqada çıxış edən U-23 komandasının formasını geyinən futbolçumuz əsas heyətə cəlb olunub.
I Bundesliqada çıxış edən Düsseldorf uğursuz çıxış edir. Bu səbəbdən rəhbərlik komandada islahatlara start verib. Baş məşqçisi Mayk Büskensi istefaya göndərən "Fortuna" bu postu müvəqqəti olaraq Oliver Rekə tapşırıb. Baş məşqçinin səlahiyyətlərini icra edən mütəxəssis isə komandada ciddi dəyişikliklərə başlayıb, hətta kapitandan belə imtina edərək Tuğrul Eratı əsas heyətə çağırıb.
Millimizin üzvü bu gün "Kayzerslautern"lə səfərdə baş tutacaq matçda debüt edə bilər. Futbolçumuzun əsas heyətə cəlb olunmasına münasibəti belə olub: "Əsas komandaya cəlb olunduğumu cəmi 2 gün əvvəl bilmişəm. Bu, möhtəşəm hisslərdi".
Qeyd edək ki, "Fortuna" 16 oyundan sonra 19 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. "Kayzerslautern" - "Fortuna" oyunu Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
Fanat.az