Milli komandamızın üzvü Tuğrul Erat Almaniyada klubunu dəyişməyə hazırlaşır. Fanat.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Fortuna"nın ikinci komandasını tərk etmək niyyətindədi.
Erat Regional Liqada çıxış edən klubu II Bundesliqa təmsilçisinə dəyişə bilər. Belə ki, futbolçumuzun "Duysburq"a keçmək ehtimalı var. Bu barədə Aomaniya mediası məlumat yayıb. Həmkarlarımız iddia edib ki, artıq tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, Tuğrul "Fortuna"nın yetirməsidi. 2013/14 və 2014/15 mövsümlərində komandanın əsas heyətinə cəlb olunan millimizin üzvü cari mövsümdə Regional Liqada 31 oyuna çıxıb və 9 qol vurub. "Transfermarkt" ona 200 min avro qiymət qoyub.
Fanat.az