Milli komandamızın üzvü Dmitri Nazarov karyerasını Almaniyanın birinci Bundesliqasında davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Hazırda "Karlsrue"nin formasını geyinən futbolçumuzun klubu ilə müqaviləsi başa çatır. İkinci Bundesliqa təmsilçisinin ona yeni müqavilə təklif etməyəcəyi deyilir. Artıq əsas Bundesliqadan futbolçumuza təkliflər var. Nazarovun xidmətində maraqlı olan klubun adı açıqlanmır.
Qeyd edək ki, əvvəllər Almaniyanın "Kayzerslautern" (2-ci komanda), "Ayntraxt" (Frankfurt, 2-ci komanda) və "Preusen Münster" klublarında çıxış edən Nazarov 2013-cü ildən "Karlsrue"nin formasını geyinir. Cari mövsümdə 26 rəsmi oyuna çıxan 26 yaşlı futbolçu 2 qol vurub.
Fanat.az