Yığmamızın futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" klubu Almaniyanın II Bundesliqasında növbəti oyununu keçirib. Komanda III tur çərçivəsində “Braunşveyq”in qonağı olub.
Görüş 1:1 hesabı ilə nəticələnib. Start heyətində yer alan Nazarov 90 dəqiqə meydanda olub. “Aue”nin qoluna da məhz millimizin üzvü imza atıb. Belə ki, təcrübəli futbolçu 24-cü dəqiqədə hesabı açsa da, cəmi 2 dəqiqə sonra ev sahibləri tarazlığı bərpa ediblər.
Qeyd edək ki, III turda ilk xalını qazanan “Aue” turnir cədvəlində 14-ci pillədə yer alıb.
Fanat.Az