Millimizin üzvü Ali Gökdemirin çıxış etdiyi "Elazığspor"un baş məşqçisi Okan Buruk cəzalandırılıb. Fanat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi çalışdırıcıya 1 oyunluq cəza verib.
Buna səbəb Burukun Türkiyə Kubokunun "Antalyaspor"la matçında hakimə qarşı xoşagəlməz hərəkətlərə yol verməsi olub. Baş məşqçi belə davranışına görə bir rəsmi matçda paltardəyişmə otağına və texniki zonaya daxil ola bilməyəcək.
Fanat.az