Millimizin üzvü baş məşqçisiz qalmadı

Millimizin üzvü baş məşqçisiz qalmadı

Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Hamza Hamzaoğlu ötən gün "Gənclərbirliyi" ilə oyundan (1:3) sonra istefa verib.

Klub rəhbərliyi onun istefasını qəbul etməyib. Bu barədə Bursa təmsilçisinin saytı açıqlama yayıb.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis mövsümün əvvəlindən "Bursaspor"u çalışdırır. Onun komandası 16 turdan sonra 27 xalla 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da "Bursaspor"da çıxış edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər