Millimizin üzvü Almaniyada rekord vurdu

Millimizin üzvü Almaniyada rekord vurdu
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna" qış hazırlığını yekunlaşdırıb. Fanat.az xəbər verir ki, futbolçumuz hazırlıq mərhələsinin rekordçusu olub.
Belə ki, Düsseldorf təmsilçisi qış fasiləsində 8 yoxlama oyunu keçirib. Tuğrul isə bu oyunlarda hamıdan çox meydanda olan futbolçu olub. O, 8 oyunda 582 dəqiqə oynayıb ki, bu da hər matça orta hesabla 72.75 dəqiqə deməkdi. 
Baş məşqçi Lorens Kostner ümumilikdə 30 oyunçuya güvənib. Eratdan sonra ən çox oyun keçirən futbolçu çex Martin Latkadı - 495 dəqiqə.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər