Qatar milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Qətər Futbol Federasiyası komandanı Feliks Sançesə tapşırıb.
41 yaşlı ispan mütəxəssis bu postda Xorxe Fossatini əvəzləyib. Uruqvaylı mütəxəsis uğursuz çıxışa görə istefaya göndərilmişdi. Qətər millisi "DÇ-2018"in seçmə mərhələsində keçirdiyi 8 oyunda 7 xal qazanaraq A qrupunda 5-ci pilləni turur və mundiala vəsiqə qazanmaq şansını itirib.
Feliks Sançes indiyədək Qətərin U-19, U-20 və U-23 komandalarına başçılıq edib.
Qeyd edək ki, Qətər martın 9-da Azərbaycanla yoxlama oyunu keçirib. Millimiz həmin oyunda 2:1 hesablı qələbə qazanıb.
Fanat.Az