Qadın futbolçulardan ibarət komandalar arasında aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, aprelin 8-də keçiriləcək qarşılaşmanı Gürcüstandan, 11-də təşkil olunacaq oyunu isə Rumıniyadan olan FİFA referiləri idarə edəcək:
Azərbaycan – Türkiyə 8 aprel. Dalğa Arena. Saat 16:00 Hakimlər: Teona Sturua, Katuna Maisuradze, Ketevan Qaiparaşvili Dördüncü hakim: Fəridə Lütfəliyeva
Azərbaycan – Türkiyə 11 aprel. Dalğa Arena. Saat 16:00 Hakimlər: Kristina Mariana Trandafir, Elena Mihaila Tepusa, Roxana İvanov Dördüncü hakim: Fəridə Lütfəliyeva