Millimizin Şimali Makedoniya ilə matçlarının hakimləri bəlli oldu

Millimizin Şimali Makedoniya ilə matçlarının hakimləri bəlli oldu

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq çərçivəsində Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, hər iki oyun azərbaycanlı hakimlər tərəfindən idarə olunacaq.

Həmin təyinatları təqdim edirik:

Azərbaycan U-19 – Şimali Makedoniya U-19 24 mart. Dalğa Arena. Saat 18:00 Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Rasim Axundov, Şamil İmanzadə   Azərbaycan U-19 – Şimali Makedoniya U-19 27 mart. Dalğa Arena. Saat 18:00 Hakimlər: Əli Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, İslam Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər