Millimizin sabiq üzvü Türkiyədə "fərqləndi"

Millimizin sabiq üzvü Türkiyədə "fərqləndi"
Türkiyə PTT 1-ci liqasında XXXIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budakla U-21-in keçmiş üzvü Umut Sönmezin çıxış etdiri "Qaziantep BB" səfərdə "Girəsunspor"la qarşılaşıb. 
Görüş qolsuz heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Ufukla Umut 90 dəqiqə oynayıb. Sönmez 51-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 41 xalla 12-ci pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər