Millimizin sabiq üzvü Türkiyədə qol vurdu - FOTOLAR

Millimizin sabiq üzvü Türkiyədə qol vurdu - FOTOLAR
Türkiyənin PTT 1-ci liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Timur Temeltaşın çıхış etdiyi "Altınordu" "Alanyaspor"u qəbul edib.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Timur Temeltaş 90 dəqiqə meydanda olub. O, 31-ci dəqiqədə fərqlənərək hesabı açıb. Bu 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvünün cari mövsümdə ilk qolu olub.
Qeyd edək ki, "Altınordu" 5 turdan sonra 5 хalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər