Millimizin sabiq üzvü Türkiyədə qəzaya düşdü

Millimizin sabiq üzvü Türkiyədə qəzaya düşdü

Milli komandamızın sabiq üzvü Uğur Pamuk Türkiyədə qəzaya düşüb. Fanat.Az xəbər verir ki, hadisə Manisanın Güzelyurt məhəlləsində baş verib.

PTT 1-ci liqa klubu "Manisaspor"da çıxış edən Uğur Pamuk xəsarət alıb. Əvvəlcə futbolçunun çiyninin sındığı bildirilib. Lakin Cəlal Bayar Universitetinin Hafsa Sultan Xəstəxnasında müayinə olunan futbolçunun sol çiyninin çıxdığı məlum olub və tibbi yardımdan sonra evə buraxılıb. O, 4 həftə oynaya bilməyəcək.

Qeyd edək ki, Uğur Pamuk Azərbaycanda "Sumqayıt" və "Xəzər Lənkəran"ın formasını geyinib, milli komandamızda çıxış edib. Bu mövsümün əvvəlində "Manisaspor"a transfer olunan 2 oyunda meydana çıxıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər