21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Temeltaş Türkiyədə çempion olub. Fanat.az xəbər verir ki, onun çıxış etdiyi "Altınordu" 2-ci liqanın "Qırmızı" qrupunun qalibi adını qazanıb.
"Altınordu" XXXII turda "Kızılcahamam"ı 3:0 hesabı ilə yenib. Bununla da komanda sona 2 tur qalmış "Ankaragücü" ilə xal fərqini 8-ə çatdırıb və çempionluğunu elan edib. "Altınordu" yeni mövsümdə PTT 1-ci liqada çıxış edəcək. Timur meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Timur cari mövsüm 2-ci liqada 30 oyun keçirib, 2387 dəqiqə oynayıb və 4 qol vurub. O, kubokdakı 2 oyunda 153 dəqiqə forma geyinib.
Fanat.az