Millimizin sabiq üzvü Türkiyə klubundan ayrıldı

Millimizin sabiq üzvü Türkiyə klubundan ayrıldı
Millimizin sabiq futbolçusu Ufuk Budak "Altınordu” klubundan ayrılıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçi özü məlumat verib.
 
O, "instagram” hesabında klubu tərk etdiyini açıqlayıb. Budakın "Altınordu” ilə müddəti bitən müqaviləsi yenilənməyib.
2019-cu ilin yayından "Altınordu”da çıxış edən Budak son mövsümdə Türkiyə 1-ci liqasında 26 matçda iştirak edib.
Qeyd edək ki, Ufuk Budak Azərbaycan milli komandasında 17 oyuna çıxıb.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər