Millimizin sabiq üzvü Türkiyə klubunda baş məşqçi oldu

Millimizin sabiq üzvü Türkiyə klubunda baş məşqçi oldu

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının sabiq üzvü İnessa Qorxmaz baş məşqçi təyin edilib. Fanat.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis Türkiyənin Sultanlar Liqasında çıxış edən “Nilüfer Bələdiyyəspor”u çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, İnessa Qorxmazla müqaviləni klub prezidenti Muhammet Aydın imzalayıb. 

Təqdimat mərasimində çıxış edən İnessa Qorxmaz bir həftədi komandaya hazırlıq keçdiyini, Rusiya Voleybol Federasiyasından sənədləri gecə gəldiyi üçün müqavilənin gecikdiyini bildirib: "Məşqçilər və oyunçular olaraq məqsədimiz təhlükəli bölgədən uzaqlaşmaqdı. Bütün hazırlıqlarımızı və planlarımızı buna uyğun qurmuşuq". 

Qeyd edək ki, “Nilüfer Bələdiyyəspor” 14 turdan sonra 12 komanda sırasında sonuncu pilləni tutur. Onların aktivində 6 xal var. 

1972-ci ildə Rusiyanın Saratov şəhərində dünyaya gələn İnessa Qorxmaz 1989-cu ildə "Uraloçka"ya transfer olunan voleybolçu Rusiya millisinə çağrılıb. 2003-cü ildə "Azərreyl"ə transfer olunub və 2004-dən millimizdə forma geyinməyə başlayıb. O, 2004-cü ildə "Azərreyl"lə “Top-komandalar” kubokunu qazanıb.

İnessa Qorxmaz karyerası ərzində həmçinin Türkiyənin "Yeşilyurd", "Əmlak TOKİ", "Əczacıbaşı", Rusiyanın "Balakovskaya AES" və İtaliyanın "River Volley Pyaçentsa" klublarında çıxış edib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər