Vüqar Əsgərov karyerasını yenidən bərpa edib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu bir müddətdən sonra yenidən futbola qayıdıb.
Vüqar karyerasını yenə Latviyada davam etdirəcək. Belə ki, o, birinci liqada çıxış edən "Liepaya" klubu ilə müqavilə imzalayıb. Müqavilə bir illik nəzərdə tutulub. Əsgərov yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Vüqar bu klubu "Metallurq" adlanan vaхt (2007-2008, 2011-2013) orda çıхış edib. 30 yaşlı hücumçu Latviyada "Yelqava", "Yurmala" və "Varaviksne", ölkəmizdə isə "Sumqayıt" və "Araz Naхçıvan"ın formasını geyinib, milli komandada 3 oyun keçirib.

Fanat.az