Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, hücumçu Almaniyanın "Dinamo" (Berlin) klubunda çıxış edəcək.
Regional Liqanın Şimal-Şərq zonasında çıxıq edən "Dinamo" millimizin sabiq üzvü ilə 1 illik müqavilə imzalayıb. O, artıq yeni klubunda debüt edib. Forvard “Rote-Vayss Erfut”la yoxlama oyununda bir, “Tsossen 07” matçda iki qol vurub.
Qeyd edək ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır. Rüfət Dadaşov ötən mövsüm "Moyzelvits"lə çıxdığı 33 oyunda 12 dəfə fərqlənib.
Fanat.Az