Millimizin sabiq üzvləri baş məşqçisiz qaldı

Millimizin sabiq üzvləri baş məşqçisiz qaldı

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb. Fanat.Az xəbər verir ki, "Kayserispor"un baş məşqçisi Hakan Kutlu istefa verib.

Klubun futbol şöbəsinin rəhbəri Ahmet Yıldız Anadolu Agentliyinə açıqlamasında bildirib ki, Hakan Kutlu istefa qərarını rəhbərliyə çatdırıb. Klub artıq istefanı qəbul edib.

"Kayserispor" ötən gün evdə "Trabzonspor"a 0:1 hesabı ilə yenilib. Matçın gedişində azarkeşlər baş məşqçini istefaya çağırmışdı. 

Qeyd edək ki, "Kayserispor"da millimizin sabiq üzvü Ufuk Budak və U-21-in keçmiş oyunçusu Umut Sönmez çıxış edir.

Onu da əlavə edək ki, ötən gün Super Liqanın digər bir klubu - "Adanaspor"un baş məşqçisi Krunoslav Yurciç istefaya göndərilmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər