Millimizin sabiq hücumçusu Türkiyə klubunda

Millimizin sabiq hücumçusu Türkiyə klubunda
Milli komandamızın sabiq futbolçusu Deniz Yılmazın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı forvard "Elazığspor"la anlaşıb. Bu barədə Türkiyənin 2-li liqasında çıxış edən klubun prezidenti Selçuk Öztürk açıqlama verib. 
Deniz Yılmaz 2013-2014-cü illərdə də bu klubda çıxış edib. O həmiçinin karyerası ərzində Almaniyanın "Bavariya" (əsas və II komandasında), "Maynts II" (əsas və II komandasında), "Paderborn", Türkiyənin "Trabzonspor", "Bursaspor" və "Gənclərbirliyi" klublarında forma geyinib.
Qeyd edək ki, Deniz Yılmaz 2016-cı ildə Azərbaycan millisinin heyətində 2 oyun keçirib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər