Millimizin sabiq baş məşqçisi vəfat etdi

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Tennis üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Sergey Lixaçev dünyasını dəyişib. Fanat.Az xəbər verir ki, 20 mart 1940-cı ildə Bakıda doğulan mütəxəssis oktyabrın 18-də Moskvada vəfat edib.

Qeyd edək ki, 15 qat SSRİ çempionu olan Lixaçev milli komandanın aparıcı simalarından olub. 1973-cü ildə oyunçu karyerasını bitirərək məşqçiliyə başlayıb.  O, Bakının “Leçi” klubunda, daha sonra Azərbaycan milli komandasında baş məşqçi və SSRİ yığmasında ikinci məşqçi kimi çalışıb. 1991-ci ildə isə Portuqaliyaya yollanıb, orada təsis etdiyi Tennis Akademiyasında fəaliyyət göstərib.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər