Millimizin sabiq baş məşqçisi Türkiyə nəhənginin hədəfində - 1 milyon avro

Millimizin sabiq baş məşqçisi Türkiyə nəhənginin hədəfində - 1 milyon avro
Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki Türkiyədə klubunu dəyişə bilər.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, bosniyalı mütəxəssis "Trabzonspor"un maraq dairəsinə düşüb.
Çempionluq mübarizəsində "Başakşəhər"dən geri düşən, ölkə kubokuna sahib çıxan Qara dəniz klubu həm heyəti qorumaq, həm də komandanı təcrübəli mütəxəssisə tapşırmaq niyyətindədi. "Trabzonspor" rəhbərliyinin əsas hədəfi məhz Prosineçkidi.
Məlumata görə, artıq tərəflər arasında ilkin danışıqlar baş tutub. 51 yaşlı mütəxəssis "Trabzonspor"dan illik 1 milyon avro tələb edib.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə milli komandamızı çalışdırıb. Bosniyalı mütəxəsis 2019-cu ildən "Kayserispor"a başçılıq edir. Kayseri təmsilçisi Super Liqanı 17-ci pillədə başa vursa da, komanda sayı artırıldığından aşağı liqaya düşməyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər