Millimizin sabiq baş məşqçisi Livan yığmasında!

Millimizin sabiq baş məşqçisi Livan yığmasında!

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçin yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 57 yaşlı xorvat Livan yığmasını çalışdıracaq.

O, serbiyalı Aleksandr İliçi əvəzləyib.

Yur yeni iş yerində debütü oktyabrın 12-də reallaşacaq. Yurçeviç Livanı Monteneqro ilə keçiriləcək yoldaşlıq görüşünə çıxaracaq. Qarşılaşma Podqoritsada baş tutacaq.

Qeyd edək ki, sözügedən mütəxəssisin son iş yeri 2019-cu ildə ayrıldığı Azərbaycan millisi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər