Bu gün 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki,, mübarizəyə ilkin mərhələdən başlayacaq millimiz B qrupunda Kosovo və San Marino ilə qarşılaşacaq.
Bu qrupun oyunları San Marinoda keçiriləcək. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək.
A qrupu
Gürcüstan Litva Malta Almaniya
B qrupu
Azərbaycan Kosovo San Marino
C qrupu
Monteneqro Cəbəllütariq Estoniya