Millimizin rəqibindən heç-heçə

Millimizin rəqibindən heç-heçə
Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Lüksemburq yığması yoxlama oyununda qüvvəsini sınayıb.
 
Fanat.Az xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın III Bundesliqa təmsilçisi "Saarbrükken"lə qarşılaşıb.
 
"Jozi Bartel" stadionunda baş tutan matçda hesab açılmayıb. 
 
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda olacaq. Qrupda Monteneqro və Kipr milliləri də yer alıblar. (Report)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər