Millimizin rəqibi yeni baş məşqçisini açıqladı

Millimizin rəqibi yeni baş məşqçisini açıqladı
DÇ-2018-in seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan Norveç millisinin yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, komandanı Lars Leqerbek çalışdıracaq. İsveçli mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, 68 yaşlı məşqçi bu vəzifədə Per-Matias Hoqmonu əvəzləyəcək.
Əlavə edək ki, Leqerbek son  olaraq İslandiya millisini çalışdırıb. Onun komandası Avro-2016-da sürprizə imza ataraq 1/4 finala qədər irəliləyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər