Millimizin rəqibi Slovakiya oldu

Millimizin rəqibi Slovakiya oldu
Futzal üzrə AVRO-2016-nın pley-off mərhələsində Azərbaycan yığmasının rəqibi məlum olub. Fanat.az xəbər verir ki, futzalçılarımız final mərhələsinə vəsiqə qazanmaq uğrunda oyunlarda Slovakiya yığması ilə qarşılaşacaq. İlk görüş sentyabrın 15-də, cavab matçı isə 1 həftə sonra keçiriləcək. 
Qeyd edək ki, yığmamız ilk oyununu evdə keçirəcək. Seçmə mərhələdən sonra Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya milliləri Avropa çempionatına vəsiqə qazanıb. 2016-cı il fevralın 2 və 13-də keçiriləcək final mərhələsinə ev sahibliyi edəcək Serbiya yığması isə yarışa təşkilatçı ölkə kimi qatılacaq. Digər cütlüklər belə olub:
 
Avropa çempionatı
Pley-off mərhələsi
 
Rumıniya - Macarıstan
Bosniya və Hersoqovina - Qazaxıstan
Çexiya - Belarus
Azərbaycan - Slovakiya
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər