Millimizin rəqibi bu dəfə heç-heçə ilə kifayətləndi

Millimizin rəqibi bu dəfə heç-heçə ilə kifayətləndi

Oktyabrın 16-da Azərbaycan futzal millimizin rəqibi olacaq Çexiya yığması Tbilisi Olimpiya Sarayında növbəti yoldaşlıq oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Gürcüstan millisi ilə matç 2:2 hesabı ilə başa çatıb. 

Meydan sahibi komanda ardıcıl 2 qol vurub. İkinci hissədə qonaqlar hər iki qolun əvəzini çıxıblar. Baş məşqçi Marek Kopecki bu futzalçılara güvənib: Spanik (q), Ji.Zapotocki, Rhouila, David Drozd, Knobloç, Zezulka (q), J.Mikuş, Ja.Zapotoçi, Zak, Kuta, Künstner, Kuçta, Seidler, Bişko.

Qeyd edək ki, bu komandalar arasında 2 gün əvvəl baş tutmuş oyunda Çexiya yığması 3:2 hesabı ilə qələbə qazanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər