Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqibi Bolqarıstan yığması baş məşqçisiz qalıb. Fanat.az zəbər verir ki, komandanın çalışdırıcısı Luboslav Penevlə yollar ayrılıb.
Bu barədə Bolqarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Sayta məlumat verən federasiyanın prezidenti Borislav Mixaylov bildirib ki, baş məşqçi İcraiyyə Komitəsinin qərarı ilə vəzifəsindən azad olunub. Buna səbəb komandanın seçmə mərhələdə lazımı nəticələri qazanmaması olub.
Qeyd edək ki, Bolqarıstan millisi AVRO-2016-nın seçmə mərhələsinin H qrupunda hazırda 4 xalla 4-cü pilllədədi. Bolqarıstan yığması bu turnirdə millimizə 2:1 hesabı ilə qalib gəlib, Malta ilə heç-heçə oynayıb, Xorvatiya və Norveçə isə uduzub.
Fanat.az