Millimizin rəqibi baş məşqçisiz qala bilər

Millimizin rəqibi baş məşqçisiz qala bilər

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Qazaxıstan baş məşqçisiz qala bilər.

Fanat.Az xəbər verir ki, sözügedən ölkə millisinin çalışdırıcısı Maqomed Adiyevin Qroznı "Axmat"ına keçidi gözlənilir. Məlumatı "Metaratings.ru"portalı yayıb.

Mənbənin məlumatına görə, Adiyev Rusiya təmsilçisinin baş məşqçi postuna namizədlərdən biridir. Qroznılıların əvvəlki çalışdırıcısı Andrey Talalaev “Nijni Novqorod”la oyunda (1:3) uduzduqdan sonra qovulub.

Xatırladaq ki, Adiyev əvvəllər “Axmat”ın ikinci komandasının baş məşqçisi vəzifəsində çalışıb. O, həmçinin əsas komandanın baş məşqçisinin köməkçisi kimi də fəaliyyət göstərib. Qazaxıstan yığmasının müdafiəçisi Marat Bıstrov hazırda "Axmat"da çıxış edir.

Qeyd edək ki, sentyabrın 22-də Belarusu qəbul edəcək Qazaxıstan yığması bundan 3 gün sonra "Dalğa Arena"da Azərbaycan millisinin qonağı olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər