Millimizin Qətərlə oyununun yeri dəyişdirildi

Millimizin Qətərlə oyununun yeri dəyişdirildi
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.
 
Fanat.Az xəbər verir ki, koronavirus pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib.
 
Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Qitə futbol qurumu qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nadyerdei” stadionunda keçirilməsinə qərar verib.
 
Qeyd edək ki, martın 27-də baş tutacaq Qətər - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər