Azərbaycan milli komandası UEFA Millətlər Liqasında keçirdiyi ilk matçında Litva ilə bərabərə qaldı. "Darius və Girenas stadionu"nda baş tutan görüşdə 1:1 hesabı qeydə alındı. Fanat.Az xəbər verir ki, yığmamızın qapısına vurulan qol müzakirəyə səbəb oldu. Litva cəmi doqquz dəqiqədən sonra hesabı penaltidən açdı ki, hakimin qərarı mübahisəlidir. Futbolçularımız müdafiədən çıxarkən səhvə yol verdilər və beləliklə, Qvidas Gineitis topla cərimə meydançasına daxil oldu. Bu zaman o, Emil Səfərov və Abdulla Xaybullayev ikilisinin arasından çıxmaq istərkən yerə yıxıldı ki, hakim tərəddüd etmədən "ağ nöqtə"ni göstərdi. İlk baxışdan elə göründü ki, Emil rəqibə qarşı sərt oynayır. Rəqibi öndən qarşılayan yarımmüdafiəçimiz "15 nömrə"ni dayandırmağa çalışsa da, topa toxuna bilmədi. Ancaq Səfərov rəqibin ayağına da dəymədi, əksinə, litvalı futbolçu onun ayağını tapdaladı. Yığmamızın üzvləri məhz bu məqama görə hakimə etiraz bildirsələr də, kiprli referi Xaybullayevin arxadan rəqib futbolçunun köynəyindən dartdığına işarə etdi və qərarını dəyişmədi. Halbuki, Xaybullayev rəqibin köynəyindən bir an tutub əlini çəkdi və burada güc tətbiqindən söhbət gedə bilməzdi. Üstəlik, rəqib oyunçu da yerə yıxılarkən ayağından zərbə almış kimi davrandı. Yəni o, arxadan dartıldığını hiss etmədi. Nəticədə Armandas Kuçis penaltidən hesabı açdı. Bəlkə də bu epizod oyunun sonuna təsadüf etsəydi, hakim "11 metrə" verməkdən çəkinərdi... Yaxşı ki, Mahir Emrelinin 14-cü dəqiqəyə təsadüf edən qolu görüşün yekun nəticəsini müəyyənləşdirdi və millimiz seçmə mərhələyə 1 xalla başladı. Ümumilikdə, heç-heçəyə görə hakimi birmənalı günahlandırmaq fikrində olmasaq da, Menelaos Antoniunun meydan sahiblərinə rəğbəti aşkar hiss olunurdu. Əksər mübahisəli vəziyyətlərdə litvalıların xeyrinə qərar verən kiprli hakim rəqibin sərt oynadığı epizodlarda davam işarəsi verdiyi, bizimkilərin adi təmasında isə fitini səsləndirdiyi diqqətdən qaçmırdı. A post shared by CBC Sport (@cbc_sport)
Millimizin qapısına verilən penalti haqlı idimi? - VİDEO
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev