Millimizin oyunu latviyalı hakimlərə tapşırıldı

Millimizin oyunu latviyalı hakimlərə tapşırıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının İsraillə keçirəcəyi oyunun baş hakimi müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı latviyalı Andris Treymanisə tapşırıb.
Ona həmyerliləri Aleksey Spasionikovla Raymonds Tatriks yardım edəcək. Dördüncü hakim funksiyasını Vitali Spasionnikov yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru avstriyalı Konrad Plautz, UEFA nümayəndəsi funksiyasını alman Volf Günter Vizel olacaq.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də "Dalğa Arena"da keçiriləcək və saat 19.00-da başlayacaq. Sentyabrın 9-da isə millimiz Portuqaliyanın qonağı olacaq. Bu matçın hakimləri hələ bəlli deyil.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər