21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan U-21 mübarizəyə bu ilin sentyabrında başlayacaq. İlk oyun səfərdə Portuqaliya ilə olacaq. Milli son oyununu gələn ilin oktyabrında evdə Cəbəllütariqə qarşı keçirəcək.
Millimizin oyunlarının təqvimi belədir: 05.09.2025. Portuqaliya – Azərbaycan 09.09.2025. Azərbaycan – Bolqarıstan 10.10.2025. Çexiya – Azərbaycan 14.10.2025. Azərbaycan – Şotlandiya 18.11.2025. Cəbəllütariq – Azərbaycan 27.03.2026. Azərbaycan – Portuqaliya 31.03.2026. Bolqarıstan – Azərbaycan 25.09.2026. Azərbaycan – Çexiya 30.09.2026. Şotlandiya – Azərbaycan 06.10.2026. Azərbaycan – Cəbəllütariq