Millimizin Norveçlə oyun üçün start heyəti

Millimizin Norveçlə oyun üçün start heyəti

"DÇ-2018"in seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq yığmamızın start heyəti bəlli olub. Fanat.Az xəbər verir ki, bu barədə oyundan öncəki mətbuat konfransında millinin baş məşqçisi Robert Prosineçki açıqlama verib.

 

Xorvatiyalı mütəxəsis bildirib ki, bundan öncəki Şimali İrlandiya ilə oyundakı start heyətində cəmi iki dəyişiklik edəcək. Belə ki, Əfran İsmayılov və Ramil Şeydayevin əvəzində “ilk 11-lik”də Namiq Ələsgərov və Mahir Mədətov meydana çıxacaq.

 

Beləliklə, millimizin heyəti aşağıdakı oyunçulardan ibarət olacaq:

 

Kamran Ağayev – Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Rəşad Sadıqov – Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov – Namiq Ələskərov, Mahir Mədətov, Dmitri Nazarov

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər