Millimizin hücumçusu rəsmən Super Liqa klubunda

Millimizin hücumçusu rəsmən Super Liqa klubunda
Millimizin futbolçusu Dəniz Yılmazın "Gənclərbirliyi"nə keçidi rəsmiləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki,  29 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dəniz Yılmaz mövsümün ilk yarısını "Bursaspor"da keçirib. Bursa təmsilçisi onunla yolları ayırdığını bu gün rəsmən açıqlayıb. D.Yılmazın sabah Türkiyə kubokunda məhz "Bursaspor"a qarşı matçda debüt edəcəyi gözlənilir.
"Gənclərbirliyi" Türkiyə superliqasının turnir cədvəlində 14 xalla 17-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər