Millimizin heyətində dəyişiklik

Millimizin heyətində dəyişiklik

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Elvin Camalov klubu “Sabah”ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb. 

Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev milliyə dəvət alıb.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər