Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

15-21 iyul tarixlərində Meksikanın Puebla  şəhərində keçiriləcək dünya çempionatına hazırlıqları  davam  etdirən taekvondo üzrə seçmə komandanın heyəti müəyyənləşib.

Belə ki, millinin baş məşqçisi, əməkdar məşqci Ələkbər İmaməliyev çempionata yollanacaq heyətə  Mikayıl Əliyev (-54 kg), Maqomedyasin İbrahimov (-58 kg), Fariz Əliyev (-63 kg), Elvin Məmmədov (-68 kg),  İlkin Şahbazov (-74 kg), Ramin Əzizov (-80 kg), Radik İsayev (-87 kg) və Ceyhun Həsənlini (+87 kg) cəlb  edib.

Qadınlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev  isə heyətə Türkanə Tahirli (-46 kg), Patimat Abakarova (-49 kg), Səbinə Mikayılova (-53 kg), Günay Ağakişiyeva (-57 kg), Darya Qorbaçeva (-62 kg), Fəridə Əzizova (-67 kg), Marina Tedeevanı (73 kg) daxil edib.

Beləliklə, 15 idmançı ilə dünya çempionatına yollanacaq komandamız  hal-hazırda Qəbələdə yerləşən Dünya Taekvondo Reabilitasya mərkəzində təlim-məşq toplanışındadır.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər