Millimizin forvardı baş məşqçisiz qaldı

Millimizin forvardı baş məşqçisiz qaldı

Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" klubu baş məşqçisi Marko Antverpenlə yolları ayırıb. Fanat.Az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, 3-cü Bundesliqanın 38-ci turunun "Zvikkau" ilə oyunu (0:2) almaniyalı mütəxəssis üçün sonuncu olub. Klub rəhbərliyi 47 yaşlı çalışdırıcının başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, Antverpen 2017-ci ilin yayından"Proyssen"i çalışdırırdı. Münster təmsilçisi bu mövsümü 8-ci yerdə bitirib

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər