Millimizin ev oyununa hakim təyinatları açıqlandı

Millimizin ev oyununa hakim təyinatları açıqlandı

Millətlər Liqasının IV turunda baş tutacaq Azərbaycan – Slovakiya oyununun hakimləri bəlli olub.

Fanat.Az xəbər verir ki, millimizin ev oyununu Norveçdən olan hakimlər briqadası idarə edəcək. 

Görüşün baş hakimi Rohit Saqqi olacaq. Ona həmyerliləri Morten Yensen və Anders Olav Dale kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, C liqasının I qrupunun Azərbaycan – Slovakiya oyunu oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər