"Hər 2 komanda eyni səviyyədə idi. Sadəcə psixoloji cəhətdən hazır olan komanda qalib gələcəkdi. İlk hissədə qol vəziyyətlərini qaçırtdıq. Arena yeni idi deyə, uyğunlaşma baxımından bir az problem var idi". Fanat.az xəbər verir ki, bu sözləri futzal üzrə millimiz Avropa çempionatının pley-off mərhələsində Slovakiyanı 3:1 hesabı ilə yenən millimizin baş məşqçisi Tino Peres deyib.
Bakıdakı ilk oyunda qalib gələn baş məşqçi bunları deyib: "Mən braziliyalılarla azərbaycanlı oyunçular arasında fərq qoymuram. Hamısından eyni səviyyədə tələb edirəm. Bu, milli komandamızdı. Mən ispanam. Nə braziliyalı, nə də azəriyəm. Mənim üçün oyunçunun fərqi yoxdu. Burda mavi formada çıxış edən bir komanda çıxış edir. Ona görə də ayrı-seçkilik etmirəm. Düşünürəm ki, qapıçımız Rövşən Hüseynli bu gün pis çıxış etmədi. O, Laersio Buranellonun yoxluğunu hiss etdirmədi. Burda cəmi 10 ay işləməyimə baxmayaraq, Slovakiyanı keçə bilməsək, bunu özüm üçün uğursuzluq sayacağam".
Fanat.az