Millimizin braziliyası zirvəyə yüksəldi

Millimizin braziliyası zirvəyə yüksəldi

Bu gün futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirilib.

 

Fanat.Az Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, tur bombardirlər yarışında dəyişikliyin baş verməsi ilə yadda qalıb.

 

Belə ki, uzun müddətdi ən məhsuldar futzalçıların yarışına başçılıq edən "Marafon Futzal"ın üzvü Renat Sultanov zirvədən enib. Əvəzində "Neftçi” ilə matçda dubl edən yığmamızın "milliləşdirilmiş" oyunçusu Tiaqo Bolinya ("Araz") qollarının sayını 21-ə çatdıraraq, birinci pilləyə yüksəlib. "Yasamal"ın "vuran ayağ"ı Mortoza Cahandost isə 19 topla Sultanovla fərqi minimuma endirib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər