Millimizin baş məşqçisindən qələbə şərhi

Millimizin baş məşqçisindən qələbə şərhi

“Ağır oyun oldu. Xüsusilə birinci hissədə çox çətinlik çəkdik”. Fanat.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez deyib.

 

İspaniyalı mütəxəssis Avropa çempionatının final mərhələsində Çexiya ilə oyunu şərh edib. Perez 6:5 hesabı qalib gəldiyimiz matçda komandasında razı qalıb: “Bir müsbət məqam vardı ki, hesabda öndə olan tərəf biz idik. Yəni hesabı bərabərləşdirmək barədə biz yox, rəqib komanda düşünməli olurdu. Fikrimcə, ilk oyunla müqayisədə daha yaxşı oynadıq. Rəqibimizdən çox qol vurmağı bacardıq və qələbə qazandıq”.

 

Qeyd edək ki, yığmamız ilk görüşdə İtaliyaya 0:3 hesabı ilə uduzub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər