Millimizin baş məşqçisi öz oyunçularını təhqir etdiyi üçün cəzalandı

Millimizin baş məşqçisi öz oyunçularını təhqir etdiyi üçün cəzalandı
AFFA İntizam Komitəsi 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovu 5 oyunluq cəzalandırıb. 
Fanat.Az xəbər verir ki, buna mütəxəssisin I Liqada "Rayyan"la qarşılaşmada öz oyunçularını təhqir etməsi səbəb olub. Əzimov buna görə texniki zonadan da kənarlaşdırılıb. 
Qeyd edək ki, oyun U-19-un 9:6 hesablı qələbəsi ilə yekunlaşıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər