Millimizin baş məşqçisi Türkiyə klubunun hədəfində

Millimizin baş məşqçisi Türkiyə klubunun hədəfində

Milli komandamızın baş məşqçisi Robert Prosineçki "Bursaspor"un baş məşqçisi ola bilər. Fanat.Az xəbər verir ki, bu barədə bursa.com saytı məlumat yayıb.

Sayt iddia edir ki, xorvat mütəxəssis "Bursaspor"a təklif olunub. Bu addım Bursa klubunun hazırkı baş məşqçisi Hamza Hamzaoğlunun istefa verəcəyini açıqlamasından sonra atılıb. 

Dekabrın 26-da keçirilmiş Super Liqanın XVI tur matçında "Gənclərbirliyi"nə səfərdə 1:3 hesablı məğlubiyyətin ardından Hamzaoğlu komandadan getmək istədiyini bildirib. Həmin vaxt kluba yaxın şəxslər bu posta ən ideal namizədin xorvatiyalı mütəxəssis olduğunu bildiriblər. Lakin "Bursaspor"un idarə heyəti iclasda baş məşqçinin istefasını qəbul etməyib və Hamzaoğlu komandadakı işinə davam edib.

Qeyd edək ki, "Bursaspor"da millimizin üzvü Dəniz Yılmaz çıxış edir. Prosineçki isə əvvəllər Türkiyədə "Kayserispor" klubunu çalışdırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər