Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Latviyanın U-19 yığmaları arasında oyundan sonra millimizin baş məşqçisi Nikolay Adam fikirlərini bildirib:
"Əvvəlcə, ötən oyunda futboluçumuza göstərilmiş qırmızı vərəqə ilə bağlı səsləndirdiyim fikrə qayıdaraq üzr istəyirəm. Həmin epizodda rəqib futbolçu oyundankənar vəziyyətdə deyildi və qırmızı vərəqə qaydalar çərçivəsində göstərilmişdi. Bu gün qarşılaşmadan əvvəl futbolçulara demişdim ki, oyunu udmaq lazımdı. Təəssüf ki, biz oyunu yox, penalti seriyasını udduq. Ağaseyid Qasımovun penalti zərbələrini dəf etməkdə daha bacarıqlı olduğunu bilirdim. Oyunun son dəqiqələrində bu səbəbdən onu meydana buraxdıq. Penalti seriyasında qalib gəlmək psixoloji baxımdan nə qədər faydalı olsa da, düçünürəm ki, biz 11 metrlik zərbələri deyil, oyunumuzu təhlil etməliyik".
Fanat.az