"1997-1998-ci il təvəllüdlü futbolçuların iştirakı ilə bu gün il ilk oyunumuzu keçirdik. Heyətimizdə ötən il çıxış edənlərlə yanaşı, bu ildən etibarən bizə qoşulan futbolçular da var". Fanat.az xəbər verir ki, bu sözləri 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales deyib.
Baş məşqçi Azərbaycan - Gürcüstan yoxlama oyunu (2:0) ilə bağlı danışıb: "Əsas məqsədlərdən biri həmin futbolçular arasında qarşılıqlı anlaşmanın səviyyəsini yüksəltməkdi. Futbolçuların qarşısında tələb qoymuşduq ki, məşqlərdə nümayiş etdirdiklərini oyun zamanı da göstərə bilsinlər və mənə elə gəlir, istəyimizə uyğun qarşılaşma izlədik. Bir sözlə, oyundan razı qaldım. Bütün oyunlar, ələlxüsus, beynəlxalq qarşılaşmalar bizim üçün çox vacibdi. Bu gün səhvlərimizi gördük, nəyin üzərində daha çox işləməli olduğumuzu müəyyənləşdirdik. Sentyabrda Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz oyunlara hazırlıq prosesində ilk addımımızı bu gün atdıq".
Fanat.az