"Komandamı təbrik edirəm. Ardıcıl ikinci qələbəmizi qazandıq". Bu sözləri futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində Danimarka ilə keçirilən oyunla bağlı danışarkən deyib.
Baş məşqçi 11:2 hesablı qələbəni şərh edib: "İlk növbədə, fikrimiz qələbə qazanmaq idi. Daha sonra qol fərqi barədə düşünmək olardı. İkinci hissənin əvvəlində rəqibin vurduğu qol bizi sanki ayıltdı. Bundan sonra ard-arda qollar gəldi".
Peres son turda da qələbə qazanmaq istədiklərini deyib: "Hazırda qrup lideriyik. Son turda Ukrayna yığması ilə qarşılaşacağıq. Həmin oyunda da yalnız qələbə haqda düşünəcəyik. Heç-heçəni düşünsək, uduzarıq”.
Fanat.az