Millimizin baş məşqçisi: "Əsas məqsədimiz..."

Millimizin baş məşqçisi: "Əsas məqsədimiz..."

Finlandiyada təlim-məşq toplanışında olan Azərbaycanın U-19 milli yığma komandası fevralın 20-də ilk yoldaşlıq matçına çıxacaq. Fanat.az xəbər verir ki, finlandiyalı həmyaşıdları ilə qarşılaşacaq yığmamızın baş məşqçisi Nikolay Adam bu oyunda qələbə qazanmağa çalışacaqlarını bildirib: 

"Güclü tərəfimiz komandanın çoxdandı birlikdə oynamasıdır. 1997-ci il təvəllüdlü oyunçularımız Qranatkin turnirində yaxşı nəticə göstərdilər. Bu psixoloji cəhətdən rəqiblə müqayisədə bizə daha da üstünlük verir. Finlandiya yığması ilə ötən il Riqada keçirilən “Federation Cup” turnirində qarşılaşmışdıq və minimal hesabla (2:3) məğlub olmuşduq. Fevralın 20-də keçiriləcək revanş oyununda əsas məqsədimiz qalib gəlməkdi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər