Millimizin baş məşqçisi: "Əcnəbilərin xidmətindən istifadə etməyəcəyik"

Millimizin baş məşqçisi: "Əcnəbilərin xidmətindən istifadə etməyəcəyik"

"Futzal üzrə milli komandamızın və son illərin əvəzsiz çempionu "Araz"ın baş məşqçisi Joze Alesio da Silva yaxın günlərdə start götürəcək ölkə çempionatı ilə bağlı fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, braziliyalı mütəxəssis komandasının cari mövsümdə çempionluq uğrunda mübarizədə iştirak etməyəcəyini etiraf edib.

Təcrübəli məşqçi çempionatın favoritini də göstərib: "Bu il heyətimizə çox sayda yerli gəncləri cəlb etmişik. Onlar Azərbaycan futzalının gələcəyidirlər. Komandamızın qarşısına çempion olmaq vəzifəsi qoyulmayıb. Gələcəyin komandasını qururuq. Əcnəbilərib xidmətindən istifadə etməyəcəyik. Ən azından 2 mövsüm bu tendensiya davam edəcək. Zənnimcə, çempionatın debütantı olmasına baxmayaraq, "Xəzər Aylands" qızıl medallara ən real namizəddi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər